QARABAĞ AZƏRBAYCANDIR!

Makrondan sərt təlimat: Asayişi təmin etmək üçün hər şeyi edin 97
2023-07-03 19:02 | 0 Rəy

Makrondan sərt təlimat: Asayişi təmin etmək üçün hər şeyi edin

Fransa prezidenti Emmanuel Makron hökumətə ölkədə asayişin bərpası üçün hər şeyi etməyi tapşırıb.

“Gündəmtv.az” xəbər verir ki, Nanterre şəhərində 17 yaşlı gəncin polis tərəfindən öldürülməsindən sonra ölkədə xaos hökm sürməkdədir. Nəticədə polislə aksiya iştirakçıları arasında toqquşma yaranıb və yüzlərlə insan saxlanılıb. 

Fransa mətbuatında yer alan məlumata görə, prezident Emmanuel Makron Yelisey sarayında baş nazir Elizabet Borne və daxili işlər naziri Cerald Darmanin ilə ölkədəki vəziyyəti müzakirə edib.

Makron nazirlərə ölkədə asayişin və sakitliyin bərpası üçün hər şeyi etməyi tapşırıb, eyni zamanda Fransada baş verənləri anlamaq üçün uzunmüddətli araşdırmaya başlamağı tapşırıb.

Etirazların yenidən alovlanmasının qarşısını almaq üçü  hüquq-mühafizə orqanları Marsel şəhərinin mərkəzinə zirehli texnika yerləşdirib.

Aksiyaların gərgin keçdiyi Lion şəhərinə artıq xüsusi təyinatlı polis qrupları yeridilib. Ölkə.Az

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş