QARABAĞ AZƏRBAYCANDIR!

Mahir Emrelidən vida mesajı 14
2021-10-26 11:46 | 0 Rəy

Mahir Emrelidən vida mesajı

Azərbaycan millisinin hücumçusu Mahir Emreli “Legiya”da istefaya göndərilən baş məşqçi Çeslav Mixneviçlə bağlı paylaşım edib.

Gundemtv.az saytının məlumatına görə, 24 yaşlı forvard instaqram səhifəsi vasitəsilə 51 yaşlı mütəxəssislə vidalaşıb.

Emreli yay fasiləsində onun transferində əməyi olan polşalı çalışdırıcı ilə birgə çalışmaqdan məmnunluğunu ifadə edib: “Sizin rəhbərliyiniz altında çalışmaq xoş idi!”.

Qeyd edək ki, “Legiya” baş məşqçi postuna Marek Qolebiyevski gətirilib.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş