QARABAĞ AZƏRBAYCANDIR!

Mahir Emreli vacib qol vurdu, penaltini qaçırdı 32
2021-07-18 17:27 | 0 Rəy

Mahir Emreli vacib qol vurdu, penaltini qaçırdı

Millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi "Legiya" Polşa Superkubokunun oyununa çıxıb.

"Gündəmtv.az" xəbər verir ki, Varşava təmsilçisi ötən mövsüm Polşa kubokunun qalibi olan "Rakuv"la qarşılaşıb.

Hesabı 10-cu dəqiqədə "Rakuv" açıb. Matçın 58-ci dəqiqəsində meydana daxil olan Mahir Emreli məğlub olmaq üzrə olan komandasının vacib qolunu vurub. O, 90+3-cü dəqiqədə hesabı bərabərləşdirib. Buna görə də oyun penaltilərə qədər uzanıb.

Burada daha dəqiq olan "Rakuv" (4:3) Superkubokun qalibi olub. "Legiya"dan penaltini dəqiqə yerinə yetirə bilməyənlərdən biri Mahir Emreli olub.

Onun zərbəsi qapı dirəyinə dəyib.

Xatırladaq ki, yeni komandasına tez uyğunlaşan Emreli yoxlama oyunlarında 6, Çempionlar Liqasının 2 matçında 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş