QARABAĞ AZƏRBAYCANDIR!

Mahir Emreli koronavirusa yoluxduğu üçün Serbiya ilə oyunu buraxacaq 4
2021-10-12 09:28 | 0 Rəy

Mahir Emreli koronavirusa yoluxduğu üçün Serbiya ilə oyunu buraxacaq

Azərbaycan millisi Serbiyaya qarşı keçirəcəyi 2022-ci il dünya çempionatının seçmə oyunundan əvvəl itki ilə üzləşib.

Gundemtv.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Mahir Emrelinin koronavirus testi pozitiv çıxıb. 

UEFA-nın tətbiq etdiyi tibbi protokola uyğun olaraq, 24 yaşlı hücumçu Serbiya ilə qarşılaşmada iştirak etməyəcək.

Qeyd edək ki, bu gün Belqradda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş