QARABAĞ AZƏRBAYCANDIR!

Madurodan Quran yandırılmasına sərt reaksiya: “Xristian olaraq sual edirəm...” 116
2023-08-07 14:06 | 0 Rəy

Madurodan Quran yandırılmasına sərt reaksiya: “Xristian olaraq sual edirəm...”

Venesuela prezidenti Nikolas Maduro Avropa liderlərinin və bəzi KİV-in İsveç və Danimarkada Quran yandırılmasına reaksiya verməməsini pisləyib.

“Gündəmtv.az” xəbər verir ki, o, “Əl Mayadeen” kanalına  müsahibəsində deyib ki, Avropada müqəddəs kitabların yandırılmasına göz yumanlar və susqunluqları dolayısı ilə bu prosesdə iştirak edir.  “Qurani Kərimin yandırıldığını gördüklərində dünyanın dörd bir yanında  müsəlman xalqların narazılığını ürəyimin dərinliyində də edirəm”, - Maduro qeyd edib.
Medianı məsələni işıqlandırmadığına görə tənqid edən Maduro əlavə edib ki, o, müsəlmanlara qarşı nifrət cinayətlərini və Avropada Quranı yandıran həddindən artıq sağçı və irqçi dairələrin fəaliyyətini qəti şəkildə pisləyib.

Maduro daha sonra qeyd edib: “Bir xristian olaraq özümə sual verirəm ki, İncil başqa bir ölkədə yandırılsa, biz xristianlar özümüzü necə hiss edərdik? Biri bunu etsə, çox kədərlənib pis olardıq və bunu böyük bir təhqir hesab edərdik”.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş