QARABAĞ AZƏRBAYCANDIR!

Lerikin Sipyareğon kənd sakinləri kimdən və niyə narazıdır? - FOTOLAR 203
2023-09-21 22:48 | 0 Rəy

Lerikin Sipyareğon kənd sakinləri kimdən və niyə narazıdır? - FOTOLAR

Lerik rayonunun Sipyareğon kənd sakinləri transformatorun və elektrik dirəklərinin qəzalı vəziyyətdə olmasından şikayətlənir. 

Sakinlərin "Gündəmtv.az"a verdiyi məlumata görə, kənddəki transformator istismar müddətini çoxdan başa vurub. Belə ki, transformator 1967-ci ildə istismara verilib, hazırda üstü açıq və qəzalı vəziyyətdədir.

Sakinlər onları narahat edən problemlərlə bağlı redaksiyamıza müraciət etmək məcburiyyətində qalıblar. Onlar bildirir ki, elektrik dirəkləri sovet dövründən qalıb və naqillər ağaclardan çəkilib. Bu da naqillərdə qısaqapanma və tez-tez işıqların sönməsinə gətirib çıxarır. Nəticədə məişət texnikalarının sıradan çıxması adi hala çevrilir.

Sakinlər bildirir ki, kənddə 2017-ci ildə yeni transformator quraşdırılsa da, yeddi ildir ki, istifadəyə verilmir. Bununla bağlı dəfələrlə müraciət etmələrinə baxmayaraq, sakinlərin problemi həllini tapmır.

Məsələ ilə bağlı "Azərişıq" ASC ilə əlaqə saxlasaq da, zənglərimizə cavab verən olmadı. Hər bir halda ümid edirik ki, problem aidiyyatı qurumlara çatacaq və məsələ tezliklə həll olunacaq.

Qalareya

Gundemtv.az Gundemtv.az Gundemtv.az Gundemtv.az

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş