QARABAĞ AZƏRBAYCANDIR!

Leonid Slutski Azərbaycan Prezidentini təbrik etdi 186
2022-12-26 19:46 | 0 Rəy

Leonid Slutski Azərbaycan Prezidentini təbrik etdi

Rusiya Federasiyasının Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri, Beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Gündəmtv.az xəbər verir ki, məktubda deyilir:

“Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən və böyük məmnuniyyətlə təbrik edirəm. Ən səmimi arzularımı, möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar diləklərimi, ən yüksək ehtiramımı qəbul edin. Sizin həyat və fəaliyyətiniz Azərbaycan xalqının həyatı və taleyi ilə ayrılmaz surətdə bağlıdır. Siz xalqınızın rifahı üçün qüvvə və səylərinizi əsirgəmirsiniz. Sizin biliyiniz, təcrübəniz, iradəniz, doğma respublikanıza sevginiz, geniş dünyagörüşünüz və idarəçilik istedadınız sanballı nəticələr verib və Azərbaycanın imkanlarının daha da inkişaf etdirilməsi ilə bağlı ən mürəkkəb məsələlərin həllinə, onun mənafelərinin müdafiəsinə və vətəndaşların həyat keyfiyyətinin yaxşılaşdırılmasına xidmət edir. Dəfələrlə demişəm və bir daha təkrar edirəm, Siz dahi atanızın layiqli varisi və onun işlərinin istedadlı davamçısısınız. Bu gün o, Sizinlə fəxr edərdi, çünki Siz Heydər Əliyevin Azərbaycan üçün doğru inkişaf yolu tapmaq, müstəqillik, beynəlxalq arenada respublikanın siyasi, iqtisadi və sosial mövqelərinin möhkəmlənməsində sanballı uğurlar qazanmaq arzularını həyata keçirirsiniz.

Hörmətli İlham Heydər oğlu, Sizin artıq püxtələşmiş, təcrübəli, qətiyyətli, uzaqgörən, alicənab dövlət xadimi kimi davam etdirdiyiniz siyasət hərtərəfli ölçülüb-biçilmiş siyasətdir. Fərəhlə qeyd edirəm ki, cari ildə qəbul olunmuş Moskva Bəyannaməsində Moskva ilə Bakının müttəfiqlik münasibətləri kimi elan edilmiş dostluq və mehriban qonşuluq münasibətləri Sizin sayənizdə bu gün yeni, daha yüksək səviyyəyə çatıb. Rusiya tərəfi Azərbaycan ilə dostluğu səmimi-qəlbdən yüksək qiymətləndirir və bu, Cənubi Qafqazdakı bütün dövlətlərlə münasibətləri inkişaf etdirməyə, həmin regionda etimad, sülh və təhlükəsizlik tədbirlərini möhkəmlətməyə imkan verir. Bu münasibətlər, şübhəsiz, tarixdə Sizin adınızla qalacaqdır. Bizim yoldaşlıq münasibətlərimizə görə çox məmnunam və bunu yüksək qiymətləndirirəm. Sizinlə və mehriban ailənizlə görüşlərə həmişə şadam.

Hörmətli İlham Heydər oğlu, icazə verin, Sizə bir daha möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq və uğurlar, Sizin şəxsinizdə bütün əməksevər Azərbaycan xalqına firavanlıq, nailiyyətlər, sülh, tərəqqi arzularımı və ən xoş diləklərimi bildirim”.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş