QARABAĞ AZƏRBAYCANDIR!

Küçələrdə satılan balıqlar... - Təzə balığı köhnədən necə ayırmaq olar? 161
2023-10-25 18:23 | 0 Rəy

Küçələrdə satılan balıqlar... - Təzə balığı köhnədən necə ayırmaq olar?

Balıq dadlı və faydalı qida olmasına baxmayaraq, təzə olmadığı zaman zəhərlənməyə də səbəb ola bilir ki, bu bəzi hallarda hətta ölümlə də nəticələnir. Buna görə də təzə balığı köhnə balıqdan ayırd etmək üçün diqqətli olmaq lazımdır. Həmçinin balığın düzgün bişirilməməsi də qida zəhərlənməsinə səbəb ola bilər.

Gündəmtv.az qida mütəxəssisi İlkin Şirinov “MediaPost”a açıqlamasında qeyd edib ki, alıcılar əəsasən, hissə verilmiş balıqların istifadəsində diqqətli olmalıdırlar: “Belə ki, hər ağacdan və yaxud hər materialdan istifadə edərək balığı hissə vermək qəti qadağandır.

alt text

Mən təklif edərdim ki, Qida Təhlükəsizliyi İnstitutu hisə verilmiş məhsullarla bağlı müəyyən monitorinqlər təşkil etsin və bunun üçün hansı materiallardan istifadə olunmasına diqqət yetirsinlər. Müəyyən yoxlamaların aparılması zəhərlənmə hallarının qarşısını almağa da kömək edər. Bir ara şayiələr yayılmışdı ki, müəyyən plastik materiallardan, şinlərdən, rezinlərdən istifadə edərək balıqları hisə verirlər. Təəssüf ki, bəzən işbazlar artıq köhnəlmiş, satışa yararlı olmayan balıqları da hisə verirlər. Ümumiyyətlə, heç kim təzə balığı hisə vermir. Çünki bu, müəyyən maliyyə xərcləri tələb edir və həmin işbazlar bunu qulaqardına vuraraq istehlaka yararsız balıqlardan istifadə edirlər və hətta mağazalarda satışını da təşkil edirlər”.

Mütəxəssis bildirib ki, balığı digər qida məhsulları ilə bir yerdə saxlamaq olmaz:

“Balıq son dərəcə ehtiyatlı saxlanılası bir qidadır, onu buz üzərində və buz qatı olmaq şərtilə xüsusi dərin dondurucularda saxlamaq lazımdır. Çünki balıq hava şəraiti və saxlanma temperaturundan asılı olaraq bir neçə saat ərzində tərkibi dəyişikliyə məruz qalan məhsuldur. Bəzən alıcılar köhnə balığı təzədən seçmək məsələsində problem yaşayırlar. Bəzən deyilir ki, qəlsəmələri qırmızı olan balıq təzədir, yaxud pulu üzərindən tökülməmiş və ya barmaqla toxunduqdan sonra əti əvvəlki vəziyyətinə qayıdan balıq təzədir, bəli, bunlar doğrudur. Lakin bu gün küçələrdə, metro çıxışlarında, kütləvi yerlərdə satılan və heç bir saxlama şəraiti olmayan, yeşiklərin üzərində düzülüb antisanitar vəziyyətdə satılan balıqlar üçün kim qarant dura bilər ki, istehlakçıya köhnə balıq satılmayıb, heç kim zəhərlənməyəcək və yaxud fəsadları olmayacaq? Buna görə də istehlakçıların özü təzə balığı köhnədən təzədən ayırmaq məsələsində diqqətli olmalıdırlar.

Təzə balığı təyin etmək üçün ən yaxşı vasitələrdən biri onun gözüdür. Təzə balığın gözü parlaq və gözü şişmiş vəziyyətdə olur və müəyyən vaxt keçdikdən sonra hətta soyuducuda saxlanılsa da, balığın gözü çuxura düşmüş kimi olur ki, bu zaman o balıq köhnə hesab olunur. Bundan qətiyyən istifadə etmək olmaz, çünki insan sağlamlığı üçün hər hansı bir fəsad törədə bilər və bundan heç kim sığortalanmayıb. Həmçinin balıq bir müddət bir neçə gündən sonra spesifik qoxu verir ki, bundan da onun təzə, yaxud köhnə olduğu bəlli olur”.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş