QARABAĞ AZƏRBAYCANDIR!

Krımda nə baş verir? - Fövqəladə vəziyyət, 2 ölü - FOTO/VİDEO 82
2023-07-17 10:28 | 0 Rəy

Krımda nə baş verir? - Fövqəladə vəziyyət, 2 ölü - FOTO/VİDEO

Krım körpüsündə fövqəladə vəziyyət yaranıb, oradakı nəqliyyatın hərəkəti dayandırılıb.

"Gündəmtv.az" xəbər verir ki, Krımın "rəhbəri" Sergey Aksenov bildirib. O, hadisənin mahiyyətini açıqlamayıb.

“Krasnodar diyarından 145-ci dayaq məntəqəsində fövqəladə hadisə baş verib. Hüquq-mühafizə orqanları, bütün məsul xidmətlər işləyir”, - Aksenov deyib.

"Readovka" xəbər verir ki, Krım körpüsünə raket hücumu həyata keçirilib, nəticədə dayaq sıradan çıxıb və iki keçid dağılıb.

Rusiya Nəqliyyat Nazirliyi bildirib ki, Krım körpüsünün dayaqları zədələnməyib, yalnız yol yatağı zədələnib.

Video

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş