QARABAĞ AZƏRBAYCANDIR!

Kənd toyuğu ilə broyler toyuğunu necə ayırd etmək olar? 224
2023-12-13 22:27 | 0 Rəy

Kənd toyuğu ilə broyler toyuğunu necə ayırd etmək olar?

  Vətəndaşlardan birinin “kənd çolpası” adı ilə aldığı toyuğun, əslində, üzərinə sarıkök vurulmuş toyuq olması ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. İstehlakçıların çoxu onsuzda broyler toyuqlarının keyfiyyətindən dad edirdilər. İndi kənd toyuğu kimi satılan mənşəyi naməlum toyuqların vəziyyəti onları daha da narahat edir. Maraqlıdır, bəs əsl kənd toyuğunu ayırd etmək necə mümkündür?

  Mövzu ilə əlaqədar qida məsələləri üzrə ekspert İlkin Şirinov “Operativ Media”ya bildirib ki, broyler toyuqları ilə kənd toyuqlarını müqayisə etsək, broylerlərin sadəcə zəhərdən ibarət olduğunu demək olar.
O deyib ki, broyler toyuqlarının bəziləri kənd toyuğu adı ilə satışa verilir:

“Broyler toyuqlarının insan sağlamlığına zərərli olduğu mütəxəssislər tərəfindən dəfələrlə qeyd olunub.  Sanki broyler toyuqları ət belə məhsulu deyil, bir şiş formasındadır. Son zamanlar bəzi işbazlar tam yetişməmiş, çəkisi az olan toyuqlarının kəsimi zamanı ayaqlarını üzərində saxlayırlar, kəsimdən sonra   sarıköklü suda saxlayıb müəyyən satış məntəqələrində, xüsusən insanların toplu halında olduğu yerlərdə “kənd toyuğu” adı ilə satırlar. Birinci növbədə brolyer toyuğu ilə kənd toyuğunun vizual olaraq dərisi fərqlənir. Kənd toyuğunun dərisi daha nazikdir. Həmçinin kənd toyuğunun ətinin rəngi tünd rəngdə olur, broyler toyuğunun isə əti düm ağdır. Digər bir tərəfdən bu toyuqların bişməsi zamanı da müəyyən fərqləri müşahidə edə bilərik. Broyler toyuğu 10-15 dəqiqə ərzində bişdiyi halda, bəzən balaca olan kənd toyuğunu tam bişmiş hala gətirmək üçün bir neçə saat qaynatmaq  lazımdır. Əslində, kənd toyuğunu diri formada alıb kəsdikdən sonra istifadə etmək daha məqsədəuyğundur. Bu şəkildə onun kənd toyuğu olmasından tam əmin olmaq mümkündür. Bundan əlavə, kənd toyuğunu bişirəndən sonra sümüyünün rəngi ilə brolyer toyuğunu sümüyün rəngi tam fərqlidir. Brolyer toyuğun sümüyünün rəngi qara rəngdə və içi sanki bir qan laxtası kimi olur. Kənd toyuğunda isə bu, ağ rəngdə olur və brolyer toyuğundakı kimi qan laxtasına bənzəmir”. 

  Ekspert istehlakçılara broyler toyuqlarından istifadəni qəti şəkildə məsləhət görmür:

“Çünki onlara verilən yem komponentləri, kökəldici hormonal yemlər artıq insan sağlamlığını təhlükə altına qoyub. Bu gün insanlar şiş xəstəliklərindən yetərincə əziyyət çəkirlər, xərçəng elə bir həddə çatıb ki, sanki həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bir daha qeyd etmək istəyirəm ki, broylerin bizə satdığı toyuq məhsulu deyil, şişin nəticəsidir. Alıcılar tam əminliklə kənd toyuğu olduğunu bilmək istəyirlərsə, müəyyən saraldıcı dərmanlardan istifadə edilməklə ayaqları üzərində saxlanılmış broyler toyuğunu alıb aldanmaq istəmirlərsə, toyuğu diri formada aldıqdan sonra kəsdirib istifadə etsinlər. Bu yolla ən azından özlərinin sağlamlığını sığortalamış olarlar”.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş