QARABAĞ AZƏRBAYCANDIR!

Kəlbəcər və Laçında 2 728 mina AŞKARLANDI 6
2022-11-24 16:30 | 0 Rəy

Kəlbəcər və Laçında 2 728 mina AŞKARLANDI

Son dörd ayda Kəlbəcər və Laçında 2 728 mina aşkarlanıb.

Gündəmtv.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, bu ilin avqust ayından etibarən sözügedən minalar daxil olmaqla, Azərbaycan-Ermənistan arasında sərhədin Kəlbəcər və Laçın sahəsində 1119, Qarabağ iqtisadi rayonu ərazisində isə 1609 ədəd 2021-ci il Ermənistan istehsalı minalar (ümumilikdə 2728) aşkarlanaraq zərərsizləşdirilib.

Xatırladaq ki, noyabrın 21-də Sarıbaba yüksəkliyinin şimal istiqamətində Azərbaycan ərazilərindən hələ də çıxarılmamış erməni silahlı dəstələri tərəfindən basdırılmış 2021-ci il Ermənistan istehsalı 350 ədəd PMN-Э tipli piyada əleyhinə minalar aşkarlanıb.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş