QARABAĞ AZƏRBAYCANDIR!

İTV-yə baş direktor vəzifəsinə əsas namizədlərdən biri danışdı – FOTOLAR 67
2022-05-18 20:24 | 0 Rəy

İTV-yə baş direktor vəzifəsinə əsas namizədlərdən biri danışdı – FOTOLAR

Xəbər verdiyimiz kimi, İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar bu vəzifəyə seçilmək üçün namizədlərin sənəd qəbulu elan edilib. Sözügedən vəzifəyə seçilmək üçün namizədlərin sənədlərin sənəd qəbulu mayın 16-da başa çatıb və 8 nəfər iddiaçı seçkilərdə iştirak edəcək. İddiaçılardan biri də əməkdar jurnalist Rəşad Nəsirovdur.

"Gündəmtv.az" xəbər verir ki, məsələ ilə bağlı KONKRET.az  Rəşad Nəsirovdan açıqlama alıb. Tanınmış jurnalist bildirib ki, seçkilərdə iştirak etməklə Azərbaycan jurnalistikasına öz töhfəsini vermək istəyir:

“İTV baş direktorluğuna namizədliyini verənlərə uğurlar arzulayıram. Mən də majoritar qaydada öz namizədliyimi vermək və özümü sınamaq istədim. 25 ildir ki, jurnalistika sahəsindəyəm. Müxtəlif televiziya kanallarında çalışmışam, AzTV kimi ana televiziyamızda studiya direktoru-(xəbərlərin rəhbəri) və sədr müavini olmuşam.  Bununla yanaşı Prezident İlham Əliyevin sərəncamı ilə əməkdar jurnalist fəxri adına layiq görülmüşəm. Bu mənada mən də Azərbaycan televiziyasının inkişafına öz töfhəmi vermək istərdim. İTV kollektivi mənə əzizdir, çünki uzun müddət orada müxbir və xəbər aparıcısı kimi, fəaliyyətim olub. Həmçinin Dövlət Başçısını müşahidə edən media qrupunun üzvlərindən biri də mən idim”.

R.Nəsirov əlavə edib ki, İTV  televiziya məkanımızda ən çox inkişaf edən və maraqlı verilişləri ilə seçilən kanaldır:

“Bütün bunlar istər rəhbər heyətin, istərsə də adi işçinin zəhməti hesabına olan məsələdir. Düşünürəm ki, Azərbaycan tamaşaçısı bu kanal vasitəsi ilə öz zövqünü formalaşdırır. Yeni informasiyalarla dolu xəbər buraxılışlarından tutmuş intellektual verilişlərədək hər biri peşəkarlıq və sevgi ilə efirə təqdim olunur. Əlbəttə, bütün bunlar təqdirəlayiqdir, amma inkişaf və yeniliklər  hər zaman lazımdır. Odur ki, mən də öz töfhəmi vermək qərarına gəldim. Əminəm ki, bu seçkidə layiqli namizəd qalib gələcək”.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş