QARABAĞ AZƏRBAYCANDIR!

İtaliyaya son 24 saatda rekord sayda miqrant gəlib 120
2023-03-25 22:01 | 0 Rəy

İtaliyaya son 24 saatda rekord sayda miqrant gəlib

"Gündəmtv.az" xəbər verir ki, son 24 saat ərzində İtaliyanın Lampeduza adasına 2 000-dən çox miqrant gəlib ki, bu da ölkə üçün rekord göstəricidir. 

Mənbə iddia edir ki, miqrantların əksəriyyəti Qvineya, Burkina Faso, Kot-d'İvuar və Malidəndilər.

Məlumatda həmçinin qeyd olunur ki, Lampeduzada miqrantların qəbulu mərkəzinin maksimal tutumu təxminən 400 nəfərdir.

Hələlik İtaliyanın hökumət qurumları ölkəyə gələn rekord sayda miqrantlarla əlaqədar açıqlama verməyib. 

Mənbə: ANSA

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş