QARABAĞ AZƏRBAYCANDIR!

İtaliyada Türkiyə vətəndaşlarını daşıyan helikopter radarlardan itdi 42
2022-10-13 09:33 | 0 Rəy

İtaliyada Türkiyə vətəndaşlarını daşıyan helikopter radarlardan itdi

İtaliyada radardan itən helikopterdə 4 Türkiyə vətəndaşı olub.

"Gündəmtv.az" xəbər verir ki, bu barədə informasiyanı “Anadolu” agentliyi diplomatik mənbələrə istinadən yayıb.

Məlumata görə, “Augusta Koala AW119” tipli helikopterlə əlaqə Lukkadakı Kapannori Tassignano hava limanından havaya qalxdıqdan bir müddət sonra kəsilib. Göyərtədə yeddi nəfər, o cümlədən Türkiyənin özəl şirkətlərindən birində işləyən dörd Türkiyə vətəndaşı olub.

Qeyd olunur ki, Türkiyənin Romadakı səfirliyi İtaliyanın səlahiyyətli orqanları və Türkiyə vətəndaşlarının işlədiyi şirkətin nümayəndələri ilə sıx əlaqə saxlayır.

Helikopter ehtimal ki, Toskana və Emiliya-Romanya arasındakı ərazidə radarlardan itib. Hazırda axtarış-xilasetmə işləri davam edir.//KONKRET.az

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş