QARABAĞ AZƏRBAYCANDIR!

İşxanyan: "Sülhməramlılar bizə dedi, Azərbaycanın yük maşınlarını buraxın" 132
2023-08-30 15:02 | 0 Rəy

İşxanyan: "Sülhməramlılar bizə dedi, Azərbaycanın yük maşınlarını buraxın"

Dünən Azərbaycanın humanitar yük maşınları gələndə Rusiya sülhməramlıları ilə danışıqlar aparılıb. 

“Gündəmtv.az” xəbər verir ki, bunu Xankəndidəki xunta rejiminin təmsilçisi “spiker” David İşxanyan deyib.

"Rusiya sülhməramlıları bizə Bakıdan göndərilən 40 ton unun buraxılmasını təklif ediblər. Lakin onların təklifi qəbul edilməyib. Sülhməramlıların yeni komandiri bu yaxınlarda Qarabağa gəlib və hələ daxili vəziyyətlə tanış deyil. Bəzi epizodlar, elementlər var ki, Rusiya tərəfi daha yaxşı bilməlidir”, - o qeyd edib.

İşxanyan əlavə edib ki, müzakirələr davam edir. 

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş