QARABAĞ AZƏRBAYCANDIR!

İsa Qəmbərin oğlunun “erməni soyqırımı” ilə bağlı paylaşımı tənqid olundu 72
2023-04-26 14:49 | 0 Rəy

İsa Qəmbərin oğlunun “erməni soyqırımı” ilə bağlı paylaşımı tənqid olundu

Tanınmış siyasətçi İsa Qəmbərin oğlu İlkin Qəmbərin tviter paylaşımı ictimaiyyətdə ciddi müzakirələrə səbəb olub.

“Gündəmtv.az” xəbər verir ki, İlkin Qəmbər  qondarma “erməni soyqırımı”nın “ildönümü” ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir: “Bu gün erməni soyqırımının anım günüdür. Bir də heç vaxt”.

İlkin Qəmbərin paylaşımı sosial şəbəkələrdə sərt tənqid olunub. Daha sonra o, tviterdəki hesabını yalnız dostlarına açıq edib.

Məsələ ilə bağlı İsa Qəmbərin mövqeyini öyrənmək istəsək də, zənglərimizə cavab verməyib.

Qeyd edək ki, hazırda Kanadada yaşayan İlkin Qəmbər “Ermənistan Krallığı: Qədim Roma ilə Parfiya arasında. Sənədli film”in müəlliflərindən biridir.

 

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş