QARABAĞ AZƏRBAYCANDIR!

İsa Həbibbəyli AMEA-nın prezidenti seçilib 72
2022-10-25 13:57 | 0 Rəy

İsa Həbibbəyli AMEA-nın prezidenti seçilib

Akademik İsa Həbibbəyli AMEA-nın prezidenti seçilib.

Gündəmtv.az xəbər verir ki, bu barədə məsələyə Akademiyanın ümumi yığıncağında baxılıb.

AMEA-nın prezidentliyinə akademik İsa Həbibbəylinin namizədliyi təsdiqlənib.

Namizədlik təsdiqləndikdən sonra alimlərin çıxışı başlayıb.

Çıxışlardan sonra yeni prezidentin seçilməsi üçün gizli səsvermə olub.

Səsvermənin nəticəsi olaraq İsa Həbibbəyli akademiyanın yeni prezidenti seçilib.

Qeyd edək ki, İ.Həbibbəyli 1949-cu ildə dünyaya gəlib. Oktyabrın 16-da onun 73 yaşı tamam olub.

Xatırladaq ki, bu ilin fevral ayında AMEA-nın prezidenti Ramiz Mehdiyev vəzifəsindən istafa verib. Elə həmin aydan etibarən AMEA prezidentinin səlahiyyətlərinin icrası akademiyanın Birinci vitse-prezidenti, akademik Arif Həşimova həvalə olunmuşdu.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş