İrəvanın siyasəti artıq bumeranq effekti verməkdədir - AÇIQLAMA
Ermənistanın bölgədə sülh prosesini pozması istiqamətindəki təxribatçı cəhdləri artıq bumeranq effekti verərək, özünə qarşı çevrilməkdədir.
Bunu “Gündəmtv.az”a açıqlamasında deputat Ramil Həsən deyib.
Onun sözlərinə görə, bir zamanlar erməniləri öz oyunlarına alət edənlər onların hansı xislətə malik olduğunu gördükdən sonra Ermənistandan üz döndərməkdə və dəstək verməkdən imtina etməkdədirlər.
“Bununla da Ermənistan getdikcə təklənmiş bir vəziyyətə düşməkdədir. Baxmayaraq ki, Azərbaycan zamanında bununla bağlı həm erməniləri, həm də ondan vasitə kimi istifadə edən ölkələri xəbərdar edib, amma nəticə çıxarılmadı. İndi isə özləri Azərbaycanın dedikləri faktlarla üzləşməkdədirlər”, - o qeyd edib.
O əlavə edib ki, bütün bunlara baxmayaraq Ermənistan hələ də destruktiv mövqedən əl çəkmək niyyətində deyil: “Anlamır ki, onlar belə bir mövqe sərgiləməklə, əslində, Ermənistan dövlətçiliyinin və erməni xalqının taleyi ilə çox təhlükəli oyun oynayırlar. Onlar nəhayətində bilməlidirlər ki, belə təhlükəli oyunların çox acı nəticələri ola bilər. Çünki bu cür təxribatçı, revanşist cəhdlərlə Azərbaycana qarşı nəsə etmək mümkün deyil. Bunun acı nəticəsini ancaq və ancaq özləri yaşamalı olacaqlar. Necə ki, bunu yaşmaqdadırlar və artıq çıxış yolları da tapa bilmirlər. Onlara havadarlıq edənlərin də bu işdə onlara ziyanından başqa heç bir faydası olmayacaq.
Ona görə də hesab edirəm ki, nə qədər gec deyil, Bakının şərtlərini qəbul edib ona uyğun hərəkət etməlidirlər. Bakı mövqeyində qətiyyətlidir və bununla bağlı mövqeyini beynəlxalq aləmə çatdırıb. Digər tərəfdən də beynəlxalq aləm də Azərbaycanın şərtlərini qəbul edir. Bu özünü sonuncu hadisələr zamanı bir daha sübut etdi. Beynəlxalq birlik, dünyanın aparıcı ölkələri və Ermənistan-Azərbaycan münaqişəsinin həllində vasitəşi rolunda çıxış edən dövlətlər belə məsələ ilə bağlı mövqelərini açıq şəkildə ortaya qoydular. Beynəlxalq birliyin verdiyi bu açıq masajlar həm Ermənistana, həm də Xankəndidəki terrorçuları ciddi siqnal olmalı və təcili olaraq bundan nəticə çıxarmalıdırlar.
Birincisi, Xankəndidəki terrorçu dəstə Bakının şərtlərini vaxt itirmədən icra edib Ağdam-Xankəndi yolun açmalı, reinteqrasiya prosesinə başlamaq üçün danışıqlara getməli, ərazidəki qeyri-qanuni hərbi birləşmələr, terrorçular təksilah edilib bölgədən çıxarılmalıdır. Bakı öz ərazisində hansısa “boz ərazilərin” olması ilə barışmayacaq və bu məsələdə qətiyyətlidir. Əgər Xankəndidəki terrorçu rejim bunu etməzsə, o zaman Bakı istənilən vasitədən istifadə etməklə buna nail olacaq və kimsənin buna şübhəsi olmamalıdır.
İkincisi, İrəvan Ermənistanın Cənubi Qafqazda bir müstəqil və suveren dövlət kimi mövcudluğunu istəyirsə, o zaman Bakıya verdiyi sülh mesajlarını sülh sazişini imzalamaqla təsdiqləməlidir. Əgər Ermənistan sülh saziçi imzalarsa, Azərbaycan və Türkiyə onun təhlükəsziliyinin təminatçısı rolunda çıxış edə bilər. O zaman başqa bölgələrdə özünə ağa axtarmağa ehtiyac qalmaz. Çünki həmin ağalar yenə də günün birində öz maraqları naminə Ermənistanı yeni faciələrə sürükləyə bilər”.
0 şərh:
Səndə öz fikrini bizimlə bölüş