QARABAĞ AZƏRBAYCANDIR!

İrəvanda “bizim adamlar” erməniləri həyəcanlandırdı – FOTO 87
2023-09-14 09:30 | 0 Rəy

İrəvanda “bizim adamlar” erməniləri həyəcanlandırdı – FOTO

Ermənilərin də aktiv şəkildə izlədiyi və reaksiya verdiyi Azərbaycana aid rusdilli "Bez Tormozov" adlı teleqram kanalı İrəvanı həyəcanlandırıb.

Gündəmtv.az xəbər verir ki, Ermənistanın rəsmi qurumunun qarşısında səhifənin mobil telefonda əks etdiyini göstərən foto çəkilib.

Bu isə təbii olaraq, qarşı tərəfin təşvişinə və narahatlıqlarını ifadə edən müzakirələrinə səbəb olub. "Bez tormozov" həmin şəkilləri "bizim adamlar" şərhi ilə paylaşıb.

Xatırladaq ki, sözügedən teleqram kanalı bundan az müddət öncə ermənilərin oxşar addım atdığını “göstərən” fotonu ifşa etdi. Belə ki, guya Bakıda da belə fotonun çəkildiyini deyən hayların, əslində, fotoşopdan, yəni montajdan istifadə etdiyi sübut olundu. 

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş