QARABAĞ AZƏRBAYCANDIR!

İrəliləyiş var: onlar Qarabağa qayıdır - Səfir 58
2023-12-08 14:02 | 0 Rəy

İrəliləyiş var: onlar Qarabağa qayıdır - Səfir

Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann məcburi köçkünlərin Qarabağ bölgəsinə qayıdışında “nəzərəçarpacaq irəliləyişin” olduğuna diqqət çəkib.

Gündəmtv.az xəbər verir ki, bu barədə diplomat özünün “X” hesabında paylaşım edib.

“Köçkünlərin Qarabağa qayıdışında nəzərəçarpacaq irəliləyiş var. Maraqlı söhbətə və yaxşı əməkdaşlığa görə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə təşəkkür edirik. Almaniya Azərbaycana minatəmizləmə layihələrində və qaçqınlara qayğı sahələrində dəstək verir”, – deyə o qeyd edib.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş