QARABAĞ AZƏRBAYCANDIR!

İranın keçmiş prezidenti hökuməti tənqid etdi 141
2023-08-31 09:32 | 0 Rəy

İranın keçmiş prezidenti hökuməti tənqid etdi

İranın sabiq Prezidenti Həsən Ruhani keçmiş hökumət rəsmiləri ilə vaxtaşırı keçirilən toplantıda iştirakı zamanı hazırkı hökumətə və parlamentə qarşı tənqidi fikirlər səsləndirib.

Gündəmtv.az bildirir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Həsən Ruhani hökumət rəsmilərini tənqid edən universitet professorlarının kütləvi şəkildə işdən çıxarılmasına münasibət bildirib.  

“Ümid edirəm ki, bu gün universitet professorları və tələbələri barədə eşitdiklərimiz hakimiyyətin qayğısına qalanların tədbirləri ilə öz həllini tapacaq”, - deyə o qeyd edib.
“Universitetləri görkəmli professorlardan məhrum etmək elmə və ölkəyə zülmdür, akademiklərin ümidsizliyi isə ölkənin və hakimiyyətin xeyrinə deyil”, - deyə Həsən Ruhani əlavə edib.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş