QARABAĞ AZƏRBAYCANDIR!

İrandan Azərbaycana səfər edənlərin sayı AÇIQLANDI 13
2022-06-28 08:18 | 0 Rəy

İrandan Azərbaycana səfər edənlərin sayı AÇIQLANDI

İrandan Azərbaycana səfər edənlərin sayı 77 faiz artıb.

"Gündəmtv.az" xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi yayıb.

Mənbə yazır ki, cari ilin 5 ayı ərzində İran İslam Respublikasından Azərbaycana səfər edənlərin sayı 64 833 nəfər təşkil edib.

Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 77 % artım deməkdir.

Xatırladaq ki, bu gün Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və İran İslam Respublikasının mədəni irs, turizm və əl işləri sənayesi naziri Seyid İzzətullah Zərqami arasında görüş keçirilib.

İslam Əməkdaşlığı Təşkilatının Turizm Nazirlərinin 11-ci Konfransı çərçivəsində keçirilən görüşdə Azərbaycan və İran arasında turizm əlaqələrinin inkişaf perspektivləri və gələcək əməkdaşlıq imkanları haqqında müzakirələr aparılıb.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş