İran hərbi texnikaları hara və niyə köçürür? - VİDEO
İran İslam İnqilabı Keşikçiləri Korpusunun quru qüvvələrinin zirehli texnikası ölkənin şimal-qərb sərhədlərinə köçürür.
Gündəmtv.az xəbər verir ki, bu barədə İranın Tasnim xəbər agentliyi, eləcə də İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı teleqram kanalları məlumat yayıb.
Tasnim-in məlumatına görə, bu silahlar İran və İraq arasında təhlükəsizlik razılaşmasının şərtlərinin icrasından əvvəl İraq Kürdüstanı ilə sərhədə keçirilir.
İran və İraq arasında təhlükəsizlik sazişi bağlanıb və bu sazişə əsasən, sonuncu sentyabrın 19-dək öz ərazisində mövcud olan İran kürd paramilitar qruplarını tərksilah etməyi, onların bazalarını bağlamağı və onları başqa yerlərə köçürməyi öhdəsinə götürüb.
0 şərh:
Səndə öz fikrini bizimlə bölüş