QARABAĞ AZƏRBAYCANDIR!

İlqar Məmmədovdan Erkin Qədirli ilə bağlı AÇIQLAMA 32
2023-01-26 15:22 | 0 Rəy

İlqar Məmmədovdan Erkin Qədirli ilə bağlı AÇIQLAMA

Erkin Qədirlinin dünən TikTok ruhunda verdiyi qısa müsahibəsi Milli Məclisin buraxılmasını istəməyən deputatlar arasında ajiotaj yaradıb. Onlar Milli Məclisin indiki tərkibinin 2025-ci ilin fevralına qədər yerində qalmasını arzulayır deyə, əl-ayağa düşüblər. Bu Məclisə 40-dan çox yeni üzv gətirilsə də, keçmiş dövrün siyasi avtoritetlərinin iradəsi onun tərkibində hələ zəif deyil. Millətimiz üçün çox prinsipial məqamda onun post-2020 vəziyyətinə uyğun qərarlar verəcəyinə əmin olmaq da çətindir.

Gündəmtv.az-ın xəbərinə görə, bunu REAL Partiyasının sədri İlqar Məmmədov bildirib.

“Milli Məclis deputatlarının hamısı bilir ki, bu saat ölkənin 1 nömrəli daxili siyasi məsələsi gözlənilən referendum və növbədənkənar seçkidir. Bu addımlar hələ keçən il atılmalı idi, Ermənistanla danışıqlardan asılı olmasa da, danışıqlarda ciddi irəliləyişdən sonra, çünki daxili siyasətdə dəyişikliklər xarici siyasət risklərini də nəzərə almalıdır. Amma Ermənistan qəflətən danışıqları ləngitməyə başladı deyə, bu islahatlar ertələndi. Ertələnmə yenidən seçilməsi çətin olacaq köhnə Milli Məclis heyətini, əlbəttə, sevindirdi. Doğrudur, gözlənilən daha sərbəst seçkidə indiki tərkibin ən azından üçdə biri, hələ Erkin Qədirlinin müsahibəsindən əvvəl yazdığım kimi, yenidən seçilər. Amma dünən Erkin Qədirlinin deməsi ki, heyətin xalq tərəfindən seçildiyini yalnız demokratik seçkidən sonra əminliklə demək mümkün olacaq, qeyri-müəyyənlikdə qalan üçdə ikini yerindən oynatdı. Qorxdular ki, bəlkə millət vəkilimiz anons verir. Gülüncdür”, – İ.Məmmədov qeyd edib.

Qeyd: E.Qədirli REAL Partiyasının Siyasi Komitəsinin üzvüdür.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş