QARABAĞ AZƏRBAYCANDIR!

“İlham Əliyevin səfəri Azərbaycan-Litva münasibətlərinə yeni müsbət dinamika əlavə edəcək” 97
2023-05-22 17:24 | 0 Rəy

“İlham Əliyevin səfəri Azərbaycan-Litva münasibətlərinə yeni müsbət dinamika əlavə edəcək”

“Prezident İlham Əliyevin səfəri Azərbaycan ilə Litva arasında əməkdaşlıq münasibətlərinə yeni müsbət dinamika əlavə edəcək.

“Gündəmtv.az” xəbər verir ki, bu fikri Litva Prezidenti Gitanas Nauseda mayın 22-də Vilnüsdə mətbuata bəyanatında bildirib.

Bir il əvvəl Azərbaycana səfəri çərçivəsində ikitərəfli əməkdaşlıq, o cümlədən iqtisadiyyat və təhsil sahələrində əlaqələrimizin gücləndirilməsi barədə əhəmiyyətli müzakirələrin aparıldığını vurğulayan Litva Prezidenti deyib: “Bu gün cənab Prezident Əliyev ilə mən ikinci Litva-Azərbaycan biznes forumunun açılışını edəcəyik. Əminəm ki, bu platformada iqtisadi sahədə yeni imkanlar yaranacaqdır. Eyni zamanda, bu gün ətraf mühit, gənclər və hüquq-mühafizə sahələrində də Litva ilə Azərbaycan arasında əməkdaşlıq haqqında sazişlər imzalandı. Bu, bizim ikitərəfli münasibətlərimizin inkişafına mühüm təkan verəcəkdir”.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş