İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Zəngilan Beynəlxalq Hava Limanının açılışını edib
Oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi olub.
Gündəmtv.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər.
Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsiblər.
Zəngilan Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edilib.
Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış olublar.
***
13:04
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Gündəmtv.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Zəngilan Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hava limanında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşılayıb.
***
12:51
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilana çatıb.
Gündəmtv.az xəbər verir ki, Türkiyə liderini gətirən təyyarə Zəngilan Beynəlxalq Hava Limanına eniş edib.
Qeyd edək ki, Ərdoğan bu gün Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirak edəcək və digər tədbirlərə qatılacaq.
***
11:31
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşüb.
Gündəmtv.az xəbər verir ki, Türkiyə lideri bu gün Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirak edəcək, habelə bir sıra tədbirlərə qatılacaq.
Qeyd edək ki, Türkiyə lideri ötən ilin oktyabr ayında Füzuli Beynəlxalq Hava Limanının açılışında da iştirak etmişdi.
0 şərh:
Səndə öz fikrini bizimlə bölüş