QARABAĞ AZƏRBAYCANDIR!

İlham Əliyev və Mehriban Əliyeva Litvanın keçmiş Prezidentinə başsağlığı verdi 79
2023-05-21 15:17 | 0 Rəy

İlham Əliyev və Mehriban Əliyeva Litvanın keçmiş Prezidentinə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva Litvanın keçmiş Prezidenti Zati-aliləri cənab Valdas Adamkusa başsağlığı məktubu ünvanlayıblar.

“Gündəmtv.az” xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri,

Həyat yoldaşınız, ömür-gün dostunuz Alma Adamkiyenenin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq.

Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verir, səbr diləyirik”.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş