QARABAĞ AZƏRBAYCANDIR!

İlham Əliyev Qarabağdakı ekoloji terrora son qoydu 87
2023-10-20 21:00 | 0 Rəy

İlham Əliyev Qarabağdakı ekoloji terrora son qoydu

    Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan ərazilərində törətdiyi ekoloji cinayətlərin miqyası çox böyükdür. Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyev Ermənistanın  30 illik ekoloji terroruna son qoydu.

Ermənistan uzun illər işğal altında saxladığı torpaqlarımızda təbiətə qarşı  düşmən münasibət göstərib. Ermənilərin törətdiyi ekoloji terror nəticəsində regionun ekologiyasına ciddi ziyan dəymişdir. Belə ki, ərazilər yandırılıb, su resursları çirkləndirilib, qiymətli ağac növləri ilə zəngin olan meşələr məhv edilib. Ümumilikdə, yeraltı və yerüstü sərvətlərin məqsədli şəkildə talan edilməsi bu bölgədəki ekoloji tarazlığı pozmuş və Azərbaycanın ekologiyasına ciddi ziyan vurmuşdur.

    Ermənistanın 30 ilə yaxın işğal etdiyi Azərbaycan ərazisinin təbii sərvətlərinə və ətraf təbii mühitinə bərpası mümkün olmayan, külli miqdarda ziyan vurması göz qabağındadır. Qubadlıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Ağdamda və digər işğaldan azad olunmuş rayon və şəhərlərimizdə  Ermənistanın ətraf mühitə vurduğu  ziyan  regionda ekoloji tarazlığın pozulması ilə nəticələnmişdir. Rəsmi qurumların işğaldan azad edilən ərazilərdə apardıqları monitorinq zamanı təbii sərvətlərimizin talan edilməsinin, meşələrdə çoxillik qiymətli ağacların kəsilməsinin,fauna və floranın qəddarcasına məhv edilməsinin şahidi olduq.

   Təbii sərvətlərdən, torpaqdan, meşədən və sudan qeyri-səmərəli, erməni xislətinə uyğun, vəhşicəsinə istifadə ediblər. Su hövzələrini, çayları, gölləri sənaye müəssisələrinin tullantıları ilə çirkləndirib, sağlamlığa təsir edən kimyəvi, biokimyəvi maddələr və təmizlənməmiş çirkab suları axıdılıb. Meşələri, yaşayış binalarını, otlaqları yandırmaqla atmosferi çirkləndirmiş, canlı aləmi vəhşicəsinə məhv etmişlər. Ekologiya və qida zəncirinin məhv edilməsi isə bəşəriyyətin məhvi deməkdir.

   Ermənistanın apardığı ekoloji terror ərazilərimizin işğaldan azad edilməsindən sonra da davam edir. Bütün bunlar ölkəmizin  təbii  qida ehtiyatlarına vurulan çox ciddi ziyandır və onların (torpağın, meşənin və s.)  bərpası üçün uzun müddət vaxt və maliyyə tələb olunacaqdır.

  Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunan ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən, nəqliyyat kommunikasiya xətlərinin bərpası istiqamətində mühüm işlər görülüb.

  “Qarabağ və Şərqi Zəngəzurda işğaldan azad edilmiş ərazilərin yenidən qurulması bizim yeni missiyamızdır”-Prezident İlham Əliyev

 Bu missiya Böyük Qayıdış proqramının icra olunmasından ibarətdir. Bunun nəticəsində bu ərazilər də Azərbaycan iqtisadiyyatına reinteqrasiya olunacaq. Qarabağ və Şərqi Zəngəzurda böyük layihələrin təməli qoyulur. Məhz Ali  Baş Komandanın apardığı quruculuq siyasəti Qarabağda pozulmuş ekoloji və qida zəncirinin bərpasına yönələn addımlardandır.

   Ali Baş Komandan Prezident İlham Əliyevin verdiyi sərəncamlar, imzaladığı taleh yüklü sənədlər, apardığı qətiyyətli siyasət nəticəsində Xankəndi, Şuşa,Ağdərə,Xocalı, Ağdam, Əskəran, Laçın, Kəlbəcər, bütünlükdə Şərqi Zəngəzur və Qarabağ öz əvvəlki ab-havasına qayıdır.  “Qarabağın Bərpası, Yenidənqurma və İnkişafı” başlığı altında aparılan bu siyasət və görülən işlər pozulmuş ekoloji mühitin və təbii qida ehtiyatların bərpası deməkdir.

 İlkin Əlyar

 

Qalareya

Gundemtv.az

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş