İlham Əliyev, Putin və Paşinyan Soçidə GÖRÜŞƏCƏK
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya ilə Azərbaycan liderləri – Vladimir Putin və İlham Əliyevlə görüşdə iştirak etmək üçün oktyabrın 31-də Soçiyə gedəcək.
Gündəmtv.az erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib:
“Məndə olan məlumata görə, Baş nazir Soçiyə gedəcək. Görüşün baş tutacağına inanıram”.
Qeyd edək ki, Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanı Rusiyaya üçtərəfli görüşə dəvət edib. Konkret.az
0 şərh:
Səndə öz fikrini bizimlə bölüş