QARABAĞ AZƏRBAYCANDIR!

İlham Əliyev Küveyt Dövlətinin Əmirini təbrik edib 78
2023-12-25 10:34 | 0 Rəy

İlham Əliyev Küveyt Dövlətinin Əmirini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Küveyt Dövlətinin Əmiri Əlahəzrət Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabaha təbrik məktubu göndərib.

"Gündəmtv.az"ın məlumatına görə, məktubda deyilir:

"Əlahəzrət,

Küveyt Dövlətinin Əmiri kimi taxta çıxmağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm.

İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Küveyt dostluq əlaqələrinin möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində səylərimizi bundan sonra da davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Küveyt xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram".

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş