QARABAĞ AZƏRBAYCANDIR!

İlham Əliyev İran Prezidentinə başsağlığı verdi 61
2022-06-09 19:04 | 0 Rəy

İlham Əliyev İran Prezidentinə başsağlığı verdi

Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisiyə başsağlığı verib.

Gündəmtv.az xəbər verir ki, başsağlığında deyilir:

“Hörmətli cənab Prezident,

Məşhəd-Yəzd istiqamətində hərəkət edən sərnişin qatarının qəzaya uğraması nəticəsində insanların həlak olması və xəsarət alması barədə xəbər bizi son dərəcə kədərləndirdi.

Bu ağır faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram.

Allah rəhmət eləsin”!

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş