QARABAĞ AZƏRBAYCANDIR!

"İEK"dən  Sumqayıt sakinlərinə MÜJDƏ: Şirkət növbəti elektrik malları mağazasını açdı - VİDEO 174
2023-11-18 15:00 | 0 Rəy

"İEK"dən Sumqayıt sakinlərinə MÜJDƏ: Şirkət növbəti elektrik malları mağazasını açdı - VİDEO


Bir çox yerli və xarici brendləri özündə birləşdirən, münasib qiyməti və yüksək keyfiyyəti ilə alıcıların diqqətini cəlb edən İEK şirkətlər qrupu hər cür elektrik mallarının satışını həyata keçirəcək mağazasının açılışını edib.

Gündəmtv.az xəbər verir ki, Sumqayıtda açılışı baş tutan mağaza mindən çox çeşidlə müştərilərin xidmətinə verilib. Qeyd edək ki, "IEK" şirkətlər qrupu 25 ildən çoxdur ki, Azərbaycanın elektrotexniki bazarında fəaliyyət göstərir. Artıq respublika satış bazarında özünü tanıdan, müxtəlif sahələr üçün kabel və məftil, transformator və elektrik məhsullarının topdan və pərakəndə satışında ixtisaslaşan, fəal inkişaf edən şirkətlərdən biridir.

Şirkət həmçinin elektrik lövhələrinin projelənməsi, yığılması və quraşdırılması işlərini də həyata keçirir. Eyni zamanda mühafizə və kommutasiya üçün güc avadanlıqlarının, İşıq mənbələrinin, Kabel daşıyıcı sistemlərin, Kommunal, məişət və kommersiya işıqlandırmasının, Sənayə və küçə işıqlandırmasının satışı ilə də məşğul olur.

Məlumat üçün bildirək ki, şirkətin tədarük etdiyi məhsullar tam sertifikatlaşdırılıb, mövcud GOST və digər beynəlxalq standartlara uyğundur.

Gündəmtv.az

Video

Qalareya

Gundemtv.az Gundemtv.az Gundemtv.az Gundemtv.az Gundemtv.az Gundemtv.az Gundemtv.az

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş