QARABAĞ AZƏRBAYCANDIR!

Həyətinə girən şəxsi öldürərək basdırdı 52
2022-10-13 09:33 | 0 Rəy

Həyətinə girən şəxsi öldürərək basdırdı

Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə sentyabrın 29-da saat 3 radələrində Novxanı bağlar sahəsindəki evlərin birində Tovuz rayon sakini R.Əlixanovun həyətə girən 40-45 yaşlı kişini külünglə qətlə yetirib meyitini yaxınlıqdakı bağ evinin həyətində basdırması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Gundemtv.az-a verilən məlumata görə, dərhal şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Meyit ekshumasiya edilib, şəxsiyyətinin müəyyən edilməsi istiqamətində tədbirlər görülür.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Əlixanov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Sumqayıt Şəhər Şrokurorluğunda araşdırma aparılır.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş