QARABAĞ AZƏRBAYCANDIR!

Həştərxandan Bakıya gələn teploxod saya oturub 78
2022-10-13 09:33 | 0 Rəy

Həştərxandan Bakıya gələn teploxod saya oturub

“VF Tanker-7” teploxodu Xəzər dənizinin şimal hissəsində, Volqa-Xəzər kanalında saya oturub.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Həştərxan vilayəti üzrə idarəsi məlumat yayıb.

“Teploxod Həştərxan-Bakı marşrutu ilə hərəkət edib, gəminin ekipajı 12 nəfərdən ibarətdir. Hadisə nəticəsində xəsarət alan yoxdur. Gəminin gövdəsi zədələnməyib”, – FHN-nin Həştərxan vilayəti üzrə idarəsinin məlumatında qeyd olunub.

Məlumatda həmçinin bildirilir ki, hadisə kanalda gəmilərin hərəkətinin dayanmasına səbəb olmayıb.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş