QARABAĞ AZƏRBAYCANDIR!

“Heç kim bizi qorxuda bilməz” - Ərdoğan 145
2022-12-04 16:39 | 0 Rəy

“Heç kim bizi qorxuda bilməz” - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin cənub sərhədləri boyunca yaratdıqları təhlükəsizlik zolağının mütləq tamamlanacağını və terror dəhlizinin yaradılmasına imkan verməyəcəklərini bildirib.

Gündəmtv.az xəbər verir ki, Prezident Şanlıurfada təşkil edilən açılış mərasimində terrorla mübarizə məsələsinə də toxunub.

“Türkiyə sərhədlərindən kənarda yetişdirdikləri terror təşkilatı hər fürsətdə ölkəmizə hücum edir. Bu gün öz siyasi, iqtisadi və hərbi baxışlarını müəyyən edən, bölgədə və dünyada söz sahibi olan Türkiyə var. Cənub sərhədlərimizdə qurduğumuz 30 kilometrlik təhlükəsizlik zolağını mütləq tamamlayacağıq. Heç kim təhlükəsizliyimizi təhdid edə bilməz, biz buna imkan verməyəcəyik”, – Türkiyə lideri çıxışında deyib.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş