QARABAĞ AZƏRBAYCANDIR!

Hava şəraiti ilə əlaqədar bəzi yollarda sürət həddi azaldılıb 129
2023-07-17 10:57 | 0 Rəy

Hava şəraiti ilə əlaqədar bəzi yollarda sürət həddi azaldılıb

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar bəzi yollarda zolaqlar üzrə sürət həddi 20 km/saat azaldılıb.

Bu barədə “Gündəmtv.az”a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib

“Bununla bağlı məlumat sürət tablolarında dəyişiklik edilib. Belə ki, Zığ dairəsi-Hava limanı və Heydər Əliyev prospekti-Mərdəkan-Bilgəh yolunda bütün zolaqlar üzrə hərəkət sürəti aşağı salınıb. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir”, - məlumatda qeyd olunub.“Ölkə.az”

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş