QARABAĞ AZƏRBAYCANDIR!

Hansı temperaturda işçini açıq havada işlətmək qanunla qadağandır? - AÇIQLAMA 35
2021-07-20 18:37 | 0 Rəy

Hansı temperaturda işçini açıq havada işlətmək qanunla qadağandır? - AÇIQLAMA

Yay fəsli girəndən bəri havaların həddindən artıq isti keçdiyini müşahidə edirik. Bəzən anomal istilər o həddə çatır ki. temperatur hətta 40 dərəcəni də keçir. Belə vəziyyətdə isə ilk növbədə qızmar günəş altında işləyən insanlar yada düşür.

Bəs görəsən hansı temperatura qədər açıq havada işləməyə qanun icazə verir. Hansı temperaturda isə işəgötürən şəxs öz əməkdaşını açıq havada işlədə bilməz?

Gündəmtv.az-a mövzu ilə bağlı açıqlama verən Qayalı marketlər Şəbəkəsinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlkin Şirinov bildirib ki, Əmək qanunvericiliyinə görə, havanın temperaturu 41 dərəcədən çox olduqda (açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda) bütün növ işlərin görülməsi qadağandır: “İşçilərə sərinləmək üçün şərait yaradılmalı və onlara fasilə verilməlidir. Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən fasilələr iş vaxtına daxil edilir və əmək haqqı əməkdaşların tarif maaşına uyğun olaraq ödənilir”.

Gundemtv.az

İlkin Şirinov əlavə edib ki, Qayalı Marketlər Şəbəkəsində Əmək qanunvericiliyinin müvafiq bəndlərinə uyğun olaraq bütün lazımı addımlar atılır: “Əmək Məcəlləsinin 233-cü maddəsini əsas tutaraq işçilərə göstərilən şərtlərə uyğun şərait yaratmağa çalışırıq. Çox isti havalarda işçilərin əmək şəraitini yaxşılaşdırmaq üçün marketlərin yaxınlığında kölgəliklər qurulub və əməkdaşlara sərinləşdirici içkilər paylanılır. Eyni zamanda işçilərə gündən qorunmaq üçün həsir şlyapalar da verilir. Lazım olduğu halda isə işin dayandırılması və əməkdaşlara fasilələrin verilməsi təmin edilir.

Rauf Muradov

Gündəmtv.az

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş