QARABAĞ AZƏRBAYCANDIR!

Hadrut və Tuğun turizm potensialından istifadə ediləcək 24
2022-10-13 09:33 | 0 Rəy

Hadrut və Tuğun turizm potensialından istifadə ediləcək

“Biz yerli və beynəlxalq ekspertlərlə Qarabağ bölgəsinin potensialını diqqətlə araşdırırıq”.

Gündəmtv.az xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Naftalan – Sağlamlıq və turizmin sinerji mənbəyi. Regionda yeni rellıqlar” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib.

Emin Hüseynov bildirib ki, hələ də regionunun investisiya potensialı və turizm potensialı təhlil edilir: “Hazırda Qarabağın əsas turizm bölgələrindən birinə çevrilməsi üçün ardıcıl tədbirlərin həyata keçirilməsinə başlanılıb. Hadrut qəsəbəsi və Tuğ kəndinin turizm potensialı çox genişdir. Ağdam və Füzuli ilə müqayisədə Xocavənd rayonu ciddi şəkildə dağılmayıb. Xocavənd rayonunun turizm potensialı geniş və çoxşaxəlidir. Dünyanın ən qədim insan məskənlərindən olan Azıx mağarası da bu rayonda yerləşir”.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş