QARABAĞ AZƏRBAYCANDIR!

Gürcüstan Azərbaycana 196,1 milyon dollarlıq avtomobil ixrac etdi 77
2022-09-19 14:04 | 0 Rəy

Gürcüstan Azərbaycana 196,1 milyon dollarlıq avtomobil ixrac etdi

2022-ci ilin yanvar-avqust ayları ərzində Gürcüstan Azərbaycana 196,1 milyon ABŞ dolları dəyərində 20 205 ədəd avtomobil ixrac edib.

"Gündəmtv.az" xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub. Bildirilib ki, Azərbaycana ixrac edilən avtomobillərin dəyəri ötən ilin analoji dövrü ilə müqayisədə 32,8 milyon dollar və ya 20% artıb, sayı isə 4 303 ədəd və ya 17,6% azalıb.

2021-ci ilin 8 ayı ərzində Gürcüstan Azərbaycana 24 508 ədəd avtomobil ixrac edib ki, bunun da ümumi dəyəri 163,3 milyon dolllar təşkil edib.

Statistikaya əsasən, bu il Gürcüstan ümumilikdə 940,3 milyon dollar dəyərində avtomobil idxal edib. Cari ildə qonşu ölkənin avtomobil ixracının ümumi dəyəri isə illik ifadədə 67,3% artaraq 490,9 milyon dolları təşkil edib. Avtomobil ixracının Gürcüstanın ümumi ixracındakı payı 13,7% təşkil edib.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş