QARABAĞ AZƏRBAYCANDIR!

Gömrükçülər külli miqdarda dərman preparatları aşkarladı - VİDEO 71
2023-11-27 10:03 | 0 Rəy

Gömrükçülər külli miqdarda dərman preparatları aşkarladı - VİDEO

Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin əməkdaşları külli miqdarda dərman preparatlarının qanunsuz yolla ölkəyə gətirilməsi cəhdinin qarşısını alıb.

Komitədən Ölkə.az-a verilən məlumata görə, idarənin əməliyyat və təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Gürcüstanla sərhəddə yerləşən “Qırmızı Körpü” gömrük postunda Türkiyədən gələn Azərbaycan vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsinə gömrük yoxlaması həyata keçirilib. Bu zaman nəqliyyat vasitəsinin qoşqusundan gömrük orqanına bəyan olunmamış 18 karton qutudan 147 adda külli miqdarda dərman preparatları aşkar olunaraq götürülüb.

Video

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş