QARABAĞ AZƏRBAYCANDIR!

“GoMap.az”da Qərbi Azərbaycanın toponimləri BƏRPA OLUNDU 10
2022-01-11 14:08 | 0 Rəy

“GoMap.az”da Qərbi Azərbaycanın toponimləri BƏRPA OLUNDU

“GoMap.az” elektron platformasında Qərbi Azərbaycanın toponimləri bərpa olunub. Ermənistanın regionda dəyişmiş olduğu bütün mədəni və tarixi abidələrin adları artıq Azərbaycan dilindəki tarixi adları ilə nümayiş olunur.

"Gündəmtv.az" xəbər verir ki, “Qərbi Azərbaycanın yaddaşı” layihəsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) dəstəyi ilə “Sinam” şirkəti tərəfindən həyata keçirilib.

“Sinam” şirkətinin prezidenti Elçin Əliyev layihənin təqdimatında bildirib ki, Qərbi Azərbaycandakı tarixi adların bərpası tarixi ədaləti bərpa etməyə imkan verib.

Onun sözlərinə görə, rəqəmsal inkişaf dövründə tarixi silmək mümkün deyil. “Elektron platforma sayəsində bütün dünyaya həqiqi adları nümayiş etdirə bildik”.

O deyib ki, layihə çərçivəsində 1000-dən çox toponimin bərpa olunub: “Ümid edirik ki, həmin ərazilərdən olan məcburi köçkünlər elektron platformaya daxil olaraq, doğulduqları yerləri qeyd edəcək, həmçinin həmin yerlərin şəkillərini əlavə edəcəklər”.E. Əliyev əlavə edib ki, bu, regionunun tarixi toponimləri haqqında həqiqətləri dünyaya çatdırmağa imkan verəcək.//report

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş