"Gold Qayalı"da karantin qaydalarına belə əməl edilir - VİDEO
Marketə daxil olan insanların tibbi maskaları yoxlanılır, əlləri dezinfeksiya olunur, bütün işçi heyəti isə karantin qaydalarına əməl edir.
Gündəmtv.az xəbər verir ki, görüntülər hər zaman alıcı məmnunluğu ilə seçilən və Qayalı markertlər şəbəkəsinə aid olan “Gold Qayalı” ticarət mərkəzindəndir. Hələ pandemiya başlayan ilk gündən bütün mağaza və marketlərində Operativ Qərərgahın qoyduğu tələbləri yerinə yetirən, virusun yayılmaması üçün gigiyenik qaydalara əməl edən Qayalı marketlər Şəbəkəsi bu ənənəni indi də davam etdirir.
Sözügedən ticarət mərkəzində çəkiliş apararkən həqiqətən də deyilənlərin şahidi olduq. İnsanlar içəri maskazıs buraxılmır, əlləri isə xüsusi məhlulla dezinfeksiya edilir. Bundan başqa ticarət mərkəzində çalışan bütün işçi heyətinin tibbi maska və gigiyenik vasitələrlə təminatı da Marketlər Şəbəkəsinin hesabına həyata keçirilir. Bir sözlə virusa youxma sayının artdığı bir vaxta Qayalı marketlər Şəbəkəsinə daxil olan bütün mağaza və ticarət mərkəzlərində dövlət tərfindən qoyulan qaydalar gözlənilir. Odur ki, alıcılar Sumqayıt və digər şəhərlərdə yerləşən bu marketlərdən rahatlıqla alış-veriş edə bilərlər.
Onu da qeyd edək ki, “Gold Qayalı” da daxil olmaqla Qayalı marketlər Şəbəkəsinə aid bütün marketlərdə çalışan işçi heyətinin hamısı koronavirusa qarşı vaksinasiya olunub.
Gündəmtv.az
0 şərh:
Səndə öz fikrini bizimlə bölüş