QARABAĞ AZƏRBAYCANDIR!

Gəlin toy gecəsi bəyə kəllə atıb burnunu sındırdı — FOTO 231
2022-10-13 09:33 | 0 Rəy

Gəlin toy gecəsi bəyə kəllə atıb burnunu sındırdı — FOTO

ABŞ-da gəlin və bəy toy mərasimindən dərhal sonra oteldə dava salıb və nəticədə həbsxanaya düşüb.

"Gündəmtv.az" oxu.az-a istinadən xəbər verir ki, insident ABŞ-ın Florida ştatının Neypls şəhərindəki “Hilton” hotelində baş verib.

Hadisə yerinə gələn polislər hotel otağında burnu sınmış və geyimi yırtılmış Con Gerhard və gəlinliyi qana boyanmış Stefani Cinası saxlayıblar.

Sorğu zamanı Cinas boynuna alıb ki, davanı o başlayıb və ərinə kəllə ataraq burnunu sındırıb.

Bəy və gəlin tibbi yardımdan imtina ediblər.

Onlar məişət zorakılığı ittihamı ilə həbs olunublar.

Qalareya

Gundemtv.az

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş