QARABAĞ AZƏRBAYCANDIR!

“Gələcək müharibələrdə hipersəs raketlərdən istifadə və internetin bağlanması saniyədə baş verəcək” 105
2022-10-13 09:33 | 0 Rəy

“Gələcək müharibələrdə hipersəs raketlərdən istifadə və internetin bağlanması saniyədə baş verəcək”

“Mütəxəssislər hesab edirlər ki, gələcək müharibələrdə hipersəs raketlərinin istifadəsi və internetin bağlanması bir neçə saniyə ərzində baş verəcək”.

"Gündəmtv.az"ın məlumatına görə Konkret.az “Daily Mail”ə istinadən xəbər verir ki, Milli Kibertəhlükəsizlik Mərkəzinin rəhbəri Lindy Cameron oktyabr ayında Böyük Britaniyaya qarşı kiberhücumların həyata keçiriləcəyi haqda xəbərdarlıq edib:

“Biz Milli Cinayət Agentliyi ilə birlikdə Rusiyada və qonşu ölkələrdə yerləşən kibercinayətkarların Böyük Britaniyadakı hədəflərə dağıdıcı hücumlar edəcəklərini düşünürük və onlar buna görə məsuliyyət daşıyırlar” – deyə Lindy Cameron vurğulayıb.

Oktyabr ayında Çin dünya ətrafında saatda 21.000 mil sürətlə uça bilən və bir neçə dəqiqə ərzində kosmosdan enərək Yer kürəsinin istənilən nöqtəsini vurmaq gücündə olan “tam məxfi” silahı sınaqdan keçirdi. ABŞ və Rusiya da öz hipersəs sistemlərinin yaradılmasına onilliklər sərf ediblər və hər iki ölkə son aylarda bu silahları sınaqdan keçirib.

Mütəxəssislərin fikrincə, nə vaxtsa genişmiqyaslı hərbi əməliyyatlar başlasa, tərəflər düşmənin rabitə yolunu kəsməyə çalışacaq. Bura peyklərin hədəfə alınması və hətta məlumat daşıyan sualtı kabellərin məhv edilməsi daxildir.

Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun baş elmi işçisi Meia Nouvens belə deyir: “Çin Xalq Azadlıq Ordusu kosmos, elektron müharibə və kiber imkanlarla məşğul olan “Strateji Dəstək Qüvvələri” adlı yeni agentlik yaradıb. Düşünürəm ki, bu, informasiya sahəsindən asılı olan və çox sürətlə dəyişən mühitdə baş verəcək”.

“Böyük dövlətlər nəinki kiber imkanlara, həm də peykləri bloklaya və rabitəni məhv edə biləcək elektron müharibəyə böyük sərmayə qoyurlar. Beləliklə, gələcək münaqişələrdə təkcə ordu deyil, bütövlükdə cəmiyyət əsas hədəf olacaq” – bu fikirləri isə gələcək müharibələr üzrə mütəxəssi Franz-Stefan Qadi səsləndirib.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş