QARABAĞ AZƏRBAYCANDIR!

Füzulidə Heydər Əliyevlə bağlı konfrans keçirildi - Fotolar 77
2023-05-20 10:40 | 0 Rəy

Füzulidə Heydər Əliyevlə bağlı konfrans keçirildi - Fotolar

Füzuli rayonunda “Heydər Əliyev ili” çərçivəsində “Ulu Öndər Heydər Əliyev irsi milli sərvətimizdir” adlı konfrans keçirilib.

“Gündəmtv.az” xəbər verir ki, Füzuli Rayon İcra Hakimiyyətinin və YAP Füzuli rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən konfransda Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, YAP Füzuli rayon təşkilatının sədri Almaz Həşimova, rayon ziyalıları, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfransda Füzuli RİH-nin başçısı Alı Alıyev geniş məruzə ilə çıxış edib.

Daha sonra Vətən müharibəsi şəhidi Cəfərli Əli İsa oğlunun anası Sevinc Əhmədova, Vətən müharibəsi qazisi Anar Azadov çıxış ediblər.

 






0 şərh:

Səndə öz fikrini bizimlə bölüş