QARABAĞ AZƏRBAYCANDIR!

Füzuli və Naxçıvanda bayram əhvali-ruhiyyəsi - VİDEO 74
2024-02-07 20:52 | 0 Rəy

Füzuli və Naxçıvanda bayram əhvali-ruhiyyəsi - VİDEO

Naxçıvada və Füzuli şəhərində də sakinlər növbədənkənar prezident seçkilərində İlham Əliyevin inamlı qələbəsini bayram əhvali-ruhiyyəsində qeyd edirlər.

30 ildən sonra doğma yurdlarında məskunlaşan Füzuli sakinləri Zəfər qazanılan torpaqlarda Zəfər seçkisinin nəticələrini böyük sevinclə qarşılayıblar.

Bundan əlavə, Naxçıvan şəhərində Prezident İlham Əliyevə dəstək yürüşü keçirilir.

Yürüşə minlərlə insan qatılıb.

Yürüş şəhərin Babək məhəlləsindən Heydər Əliyev prospektinə kimi davam edir.

Qeyd edək ki, ABŞ-ın “Oracle Advisory Group” təşkilatı, “Rəy” Monitorinq Mərkəzi və Sosioloji Tədqiqatlar Mərkəzi Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində apardıqları exit-polların nəticələrini açıqlayıblar. “Oracle Advisory Group” təşkilatı Prezident İlham Əliyevin seçicilərin 93,9 faizinin, “Rəy” Monitorinq Mərkəzi 92,6 faizinin, Sosioloji Tədqiqatlar Mərkəzi isə 92,4 faizinin səsini qazandığını bildiriblər.

Video

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş