QARABAĞ AZƏRBAYCANDIR!

Füzuli Beynəlxalq Hava Limanında DSX-nin sərhəd-nəzarəti bölməsi fəaliyyət göstərəcək 177
2022-10-13 09:33 | 0 Rəy

Füzuli Beynəlxalq Hava Limanında DSX-nin sərhəd-nəzarəti bölməsi fəaliyyət göstərəcək

“Azərbaycan Prezidenti İlham Əliyevin “Qarabağın hava qapısı” adlandırdığı Füzuli Beynəlxalq Hava Limanında Dövlət Sərhəd Xidmətinin müvafiq bölməsi də fəaliyyət göstərəcək”.

"Gündəmtv.az" xəbər verir ki, bunu APA-ya açıqlamasında Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzinin əməkdaşı, polkovnik-leytenant Rəşad Məşədiyev bildirib.

R. Məşədiyev deyib ki, hava limanında sərhəd nəzarətinin etibarlı təşkili məqsədilə yaradılan sərhəd-nəzarəti bölməsinin müvafiq texniki vasitələrlə və peşəkar heyətlə komplektləşdirilməsi üzrə DSX tərəfindən zəruri işlər görülür:

“Azərbaycan sərhədçiləri Füzuli Beynəlxalq Hava Limanında da xidməti vəzifələrini şərəflə yerinə yetirəcəklər”.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş