QARABAĞ AZƏRBAYCANDIR!

Fransa polisi Abdullayevlə bağlı hərəkətə keçdi – Sabiq rektor orqan alveri ilə məşğul olub - DETALLAR 760
2022-10-13 09:33 | 0 Rəy

Fransa polisi Abdullayevlə bağlı hərəkətə keçdi – Sabiq rektor orqan alveri ilə məşğul olub - DETALLAR

Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru olan vaxtdan adı rüşvət və korrupsiya əməllərində hallanan, sonradan isə dövlətinə, dövlətçiliyinə və millətinə xəyanət edərək ölkədən qaçan Elşad Abdullayev haqqında tükürpədən faktlar yayılmaqdadır.

Gündəmtv.az xəbər verir ki, ABU-nun sabiq rektoru haqda yayılan növbəti ilginc fakt eşidənləri dəhşətə gətirib. 

Məlumata görə, 2013-cü ildə Fransada siyasi mühacir statusu alan Elşad Abdullayev barəsində Fransa Milli Polisinin Baş Müfəttişliyində (l’inspection générale de la policenationale (IGPN)) təhqiqat başlanıb.  

Belə ki, Kütləvi İnformasiya Vasitələrində (KİV) Abdullayevin qanunsuz fəaliyyəti haqqında məqalələrin dərc edilməsi Fransa polisini hərəkətə keçirib və onun barəsində “S-2020/469” nömrəli iş açılıb. Bu barədə xəbəri Fransadan siyasi mühacir Ramin Nağıyevin verdiyi bildirilir.  

Elşad Abdullayev haqqında daha bir dəhşətli fakt isə onun orqan alveri ilə məşğul olmasıdır. Amma Elşad Abdullayev özü Azərbaycan Baş Prokurorluğunun ona qarşı irəli sürdüyü insan orqanlarının qanunsuz ticarəti və vəzifə səlahiyyətlərini aşma ittihamlarını rədd edir və bunun siyasi motivlərlə bağlı olduğunu bildirir.

image.png

Lakin aparılan araşdırmalar sabiq rektorun bu cür dəhşətli cinayət əməlləri ilə məşğul olduğunu sübuta yetirir. Məlumata görə, əməliyyatlar Azərbaycan Beynəlxalq Universitetinin Tibb Mərkəzində keçirilib. Abdullayev və mərkəzin baş həkimi Dilarə İsmayılovaya qarşı CM-in 137.3-cü (insan orqanlarının və ya toxumalarının alış-satışı) və 308.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham irəli sürülüb. Bakının Nəsimi rayon məhkəməsi Abdullayevi qiyabi olaraq həbsə məhkum edib və barəsində beynəlxalq axtarış elan olunub.

Məlumat üçün bildirək ki, hal-hazırda Elşad Abdullayevin tutularaq istintaqa cəlb edilməsi üçün zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

Gündəmtv.az

Qalareya

Gundemtv.az Gundemtv.az Gundemtv.az Gundemtv.az

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş