QARABAĞ AZƏRBAYCANDIR!

Formula 1 yarışına görə olan vergi güzəştlərinin müddəti daha 3 il uzadılır 59
2023-11-02 11:21 | 0 Rəy

Formula 1 yarışına görə olan vergi güzəştlərinin müddəti daha 3 il uzadılır

Formula 1 yarışına görə olan vergi güzəştlərinin müddəti daha 3 il uzadılır.

" Gündəmtv.az"ın xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”ndə əksini tapıb.

Bakı Şəhər Halqası ilə “Formula 1” Şirkətlər Qrupu arasında Azərbaycan Qran-Prisinin keçirilmə müddətinin uzadılmasına dair yeni müqavilənin imzalanması ilə əlaqədar bu sahə üzrə mənfəət və ƏDV güzəştləri müəyyənləşir.

Layihəyə əsasən, Azərbaycan Respublikasında keçirilən Formula 1 və Formula 2 yarışlarına aid qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə bağlanılmış müqavilə əsasında onun tərəfindən qeyri-rezident hüquqi şəxsə ödənilən royalti gəlirləri - 2018-ci il yanvarın 1-dən 9 il müddətinə vergidən azad olacaq.

Hazırda bu müddət 2018-ci il yanvarın 1-dən 6 il nəzərdə tutulub.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş