Fiziologiya və ya tibb üzrə Nobel mükafatının qalibi AÇIQLANDI
Bu gündən İsveçin paytaxtı Stokholm şəhərində Nobel həftəsi başlayır.
Gündəmtv.az xəbər verir ki, ilk olaraq Fiziologiya və ya tibb üzrə 2022-ci il Nobel mükafatı qalibinin adını açıqlanıb.
Karolinska İnstitutunda qalibin adını Nobel Fiziologiya və ya tibb Komitəsinin katibi Tomas Perleman açıqlayıb.
Mükafat təkamül genetikası sahəsində ixtisaslaşmış İsveç bioloqu Svante Paaboya verilib.
O, mükafata “Nəsli kəsilmiş homininlərin genomları və insan təkamülü ilə bağlı kəşflərinə görə” layiq görülüb. Svante Paabo 1955-ci ildə Stokholmda anadan olub.
0 şərh:
Səndə öz fikrini bizimlə bölüş